Tehran və Vaşinqton İranın blokadasının yumşaldılması barədə razılığa gəlib
İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin tədricən bərpası müqabilində İranın dəniz blokadasının yumşaldılması barədə razılıqlara nail olub.
‘’TV1’’ xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilir ki, Hörmüz boğazının tədricən açılması müqabilində blokadanın yumşaldılmasına dair razılıqlar əldə edilib: “Bu məsələ ilə bağlı intensiv təmaslar aparılır və boğazda blokadaya alınmış gəmilərlə bağlı problemin yaxın saatlarda həllində irəliləyiş gözlənilir. Hazırda iranlılar və amerikalılar arasında birbaşa görüşlərin keçirilməsinə dair heç bir razılaşma yoxdur, təmaslar davam edir”.








