Tehranın beynəlxalq aeroportu uçuşları bərpa edib

media-ads_728_90

İran paytaxtının İmam Xomeyni Hava Limanı uçuşları bərpa edib və ilk beynəlxalq aviareysləri həyata keçirib.

TV1 “Mehr” agentliyinə istinadla xəbər verir ki, aeroportdan Mədinə, Maskat və İstanbul şəhərlərinə sərnişinlər yola salınıb.

Qeyd olunur ki, şənbə günü Tehran səması yenidən beynəlxalq aviareyslər üzrə uçuşlara şahidlik edir. Uğurla başlayan bu proses yaxın günlərdə daha intensiv şəkildə davam etdiriləcək.

media-ads_728_90
Paylaş