Tələbə qəbulu mygov-a inteqrasiya ediləcək

media-ads_728_90

Təhsil müəssisələrinə elektron tələbə qəbulu ilə bağlı yeni mərhələr müəyyənləşdirilib.

“TV1” xəbər verir ki, tələbə qəbulu mygov-a inteqrasiya edilir.

Belə ki, xidmətin mygov platformasında istifadəyə verilməsinin (istismar mühitində) 2026-cı il iyulun 1-nə qədər təmin edilməsi nəzərdə tutulur.

Xidmətin mövcüd iş axının 30 iyun 2026-cı ilə qədər təqdim edilməsi, 18 iyul 2026-cı ilə qədər isə Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması nəzərdə tutulur.

Layihənin icrasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi iştirak edir.

media-ads_728_90
Paylaş