media-1200x100

Tokayev Almaniyaya Xəzər vasitəsilə yaşıl energetika layihəsində iştirak etməyi təklif edib

media-ads_728_90

“Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə Xəzər dənizinin dibi ilə Avropa ölkələrinə yaşıl enerji ötürmək üçün xəttin tikintisi layihəsi üzərində işləyir”.

“TV1” xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçılarının Almaniyanın federal kansleri Olaf Şolts ilə görüşündə iştirak edərkən deyib.

“Biz alman tərəfdaşlarımızı bu strateji layihədə iştirak imkanlarını nəzərdən keçirməyə dəvət edirik”, – deyə Tokayev qeyd edib. /azərtac/

media-ads_728_90
Paylaş