Tramp Çinə səfərini təxirə saldı

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp Çin tərəfindən Pekinə planlaşdırılan səfərinin bir ay təxirə salınmasını xahiş etdiyini bildirib.

“TV1” xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Biz təxminən bir aydan danışırıq”, – deyə Amerika lideri vurğulayıb.

D.Tramp izah edib ki, İranla bağlı hərbi əməliyyatlar səbəbindən hazırda ABŞ-da qalmalı olduğunu düşünür.

Qeyd edək ki, səfər ilkin olaraq martın 31-dən aprelin 2-dək keçirilməsi planlaşdırılmışdı.

media-ads_728_90
Paylaş