Tramp: “Harris prezident olarsa, ABŞ iqtisadi böhranla üzləşəcək”
ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatlar 1929-1939-cu illərdəki böyük depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşəcək.
“TV1” xəbər verir ki, bunu keçmiş Amerika lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Əgər o, prezident olarsa, 1929-cu il kimi depressiya olacaq. Onun nə edəcəyi barədə heç bir fikri yoxdur”, – deyə o bildirib.
Tramp əlavə edib ki, həmçinin, ölkə tarixdə ən böyük vergi artımı ilə üzləşəcək.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.