Tramp Hörmüz boğazında İranla birgə müəssisənin yaradılmasını təklif edib

media-ads_728_90

Vaşinqton iki həftəlik atəşkəs fonunda Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi üçün İranla birgə müəssisənin yaradılması imkanını nəzərdən keçirir.

“TV1” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “ABC News”a müsahibəsində bildirib.

“Biz bunu birgə layihə formatında etməyi düşünürük. Bu, təhlükəsizliyi təmin etməyin, o cümlədən bir çox digər oyunçulardan qorunmağın bir yoludur”, – o, bu barədə İranın gəmilərin boğazdan keçməsinə görə ödəniş tələb etməsi ehtimalı barədə suala cavab verərkən qeyd edib.

Bununla yanaşı, D.Tramp vurğulayıb ki, İranın uranı zənginləşdirmək imkanına malik olmasına yol verməyəcək: “Zənginləşdirmə olmayacaq”.

D.Tramp həmçinin qeyd edib ki, ABŞ qüvvələri mümkün razılaşmaların icrasını təmin etmək üçün regionda qalacaq.

ABŞ liderinin sözlərinə görə, sülh danışıqları artıq cümə günü başlaya bilər və sürətli templə inkişaf edəcək.

O, həmçinin təsdiqləyib ki, Çin İranla əməkdaşlıqda mühüm rol oynayıb.

media-ads_728_90
Paylaş