media-1200x100

Tramp Paris 2024-ün açılışını biabırçılıq adlandırdı

media-ads_728_90

Donald Tramp Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq adlandırıb.

“TV1” xəbər verir ki, o, bunu “Fox News”a açıqlamasında deyib.

Açılış zamanı Leonardo da Vinçinin İsa peyğəmbərdən bəhs edən “Sonuncu şam yeməyi” tablosunun parodiyası əsasında hazırlanmış səhnəni tənqid edən Tramp bildirib:

“Mənim dünya görüşüm genişdir, lakin onların təşkil etdikləri açılış mərasimi biabırçılıqdır”.

O qeyd edib ki, ABŞ Prezidenti seçiləcəyi təqdirdə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında “Sonuncu şam yeməyi”nin parodiyalarına yer olmayacaq.

media-ads_728_90
Paylaş