Tramp prezident seçilsə, Baydendən fərqlənməyəcək - Peskov
Donald Tramp yenidən prezident seçilsə onun ölkəmizlə bağlı mövqeyi sələfindən fərqlənməyəcək.
“TV1” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, 77 yaşlı D.Trampın ABŞ-nin “rusofob” siyasi elitasını təmsil etdiyini vurğulayıb.
Bildirib ki, məhz buna görə o seçildikdən sonra rəsmi Vaşinqtonun anti-Rusiya siyasətində hər hansı dəyişikliyin olacağını düşünmür.