Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Xankəndi şəhəri ilə tanış olublar

media-ads_728_90

Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Qarabağa səfər çərçivəsində sentyabrın 9-da Xankəndi şəhərində olublar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində təşkil olunan səfərdə həmin ölkələrdə fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edib.

“TV1”  xəbər verir ki, nümayəndə heyəti Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olub.

Onlara məlumat verilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub.

Sonra Zəfər meydanına gələn qınaqlara Xankəndi şəhərində həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.

Xankəndi şəhəri ilə tanışlıqdan sonra nümayəndə heyəti Ağdama yola düşüb.

media-ads_728_90
Paylaş