Türkiyə ordusu BMT-nin Kiprdəki bufer zonasının genişləndirilməsinə imkan verməyib
Türkiyə silahlı qüvvələri BMT sülhməramlılarının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Çayhan-Düzü rayonunu adanın bufer zonasının bir hissəsi elan etməsinin qarşısını alıb.
“TV1” xəbər verir ki, Çayhan-Düzündə Türkiyə bayrağı qaldırılıb və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcı təyyarəsi ərazi üzərində uçuşlar həyata keçirib.
Şimali Kipr Xarici İşlər Nazirliyi BMT sülhməramlılarının hərəkətlərini qətiyyətlə pisləyərək onları “qəbuledilməz” adlandırıb.
ŞKTC Prezidenti Tufan Erhürman bildirib: “Lefkosa heç vaxt gərginliyin tərəfdarı olmayıb və olmayacaq”.
Şimali Kiprin Baş naziri Ünal Üstel isə bəyan edib ki, ölkənin sərhədlərini qorumaq üçün qətiyyətli tədbirlər davam edəcək.
Bu arada, Ankara BMT sülhməramlılarını türk xalqının gözündə nüfuzlarını bərpa etməyə və neytral davranmağa çağırıb.








