Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa etmək barədə razılığa gəliblər

media-ads_728_90

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi çərçivəsində İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

“TV1” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, tərəflər nəqliyyat, gömrük, enerji və rəqəmsal infrastruktur üzrə məsələləri müzakirə ediblər.

Həmçinin, qeyd olunub ki, imzalanan memoranduma əsasən, Türkiyə-Ermənistan sərhədində yerləşən Ani körpüsünü birgə bərpa edəcəklər.

Görüşdə regional sülh, dialoq və sabitlik əsasında Cənubi Qafqazda normallaşma prosesi, iqtisadi əməkdaşlığın artırılması və xalqlar arasında əlaqələrin gücləndirilməsi də müzakirə olunub.

media-pasinyan-turkiye

media-ads_728_90
Paylaş