Türkiyənin qəzaya uğrayan təyyarəsinin bütün vacib fraqmentləri tapılıb - Gürcüstan DİN

media-ads_728_90

Türkiyənin Gürcüstanda noyabrın 11-də qəzaya uğrayan “Lockheed C-130 Hercules” hərbi təyyarəsinin bütün vacib fraqmentləri tapılıb.

“TV1” yerli KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri Gela Geladze bildirib.

“Araşdırmanın aparılması üçün vacib olan bütün texniki vasitələr və təyyarənin fraqmentləri tapılıb, ekspertiza aparılır. Axtarış və xilasetmə tədbirlərinə həm Gürcüstan, həm də Türkiyə tərəfdən 1000-dən çox insan cəlb olunub”, – o bildirib.

Daha əvvəl Türkiyə mediası tapılan fraqmentlərin Kayseri vilayətinə aparılacağı barədə məlumat vermişdi.

media-ads_728_90
Paylaş