Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

media-ads_728_90

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Azərbaycan Respublikasına səfərə gəlib.

“TV1” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

media-ads_728_90
Paylaş