TÜRKPA Baş katibi Dövlet Baxçalı ilə görüşüb

media-ads_728_90

TÜRKPA Baş katibi Ramil Həsən Ankarada Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Baxçalı ilə görüşüb.

“TV1” xəbər verir ki, Baş katib MHP sədri Dövlet Baxçalıya Parlament Assambleyasının fəaliyyəti, hazırki təşəbbüslər və üzv parlamentlər arasında daha sıx əməkdaşlığın təmin olunmasına yönəlmiş gələcək tədbirlər barədə məlumat verib.

Dövlet Baxçalı TÜRKPA-nın fəaliyyətinin və institusional potensialının daha da inkişaf etdirilməsinə tam dəstək nümayiş etdirib.

Görüş zamanı tərəflər dövlətlər arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və TÜRKPA-nın türk dünyasında həmrəylik və ortaq dəyərlərin təşviqi platforması kimi rolunun artırılması məsələlərini müzakirə ediblər.

media-ads_728_90
Paylaş