Ufuk Turqaner: Prezident İlham Əliyevin Şimali Kiprə verdiyi dəstək bizim üçün çox önəmlidir - VİDEO 

media-ads_728_90

“Hər il olduğu kimi, bu gün də Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin ildönümünü (bu dəfə 42-ci) həm rəsmi tədbirlərlə, həm də Azərbaycan xalqı ilə birlikdə qeyd edirik”.

“TV1” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turqaner söyləyib.

“Azərbaycanda olmaq bizim üçün böyük önəm daşıyır. İki ölkə arasında əlaqələr hər il daha da inkişaf edir və biz bu əməkdaşlığın daha da inkişaf etməsi üçün çalışırıq. Ölkəmizin və dövlətimizin suverenliyinin qorunması bizim üçün əsas prioritetdir. Azərbaycanın Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi dəstək çox önəmlidir və buna görə bir daha təşəkkürümüzü bildiririk”, – deyə U.Turqaner vurğulayıb.

media-ads_728_90
Paylaş