Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazırıq - Hakan Fidan

media-ads_728_90

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada keçirilən danışıqlarda Ukrayna üzrə danışıqların yeni mərhələsinə ev sahibliyi etməyə və münaqişənin həllinə hər cür dəstək göstərməyə hazır olduqlarını təsdiqləyib.

“TV1” xəbər verir ki, H.Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir.

O, İstanbulda mayın 16-da keçirilən Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski ilə görüşüb. H.Fidanı Rusiya prezidenti Vladimir Putin qəbul edib.

Danışıqlarda digər vacib mövzu Suriyadakı vəziyyət olub.

 

media-ads_728_90
Paylaş