Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib
Vaşinqton Varşava ilə Polşada ABŞ hərbi bazası yaratmaq barədə razılığa gəlib.
“TV1” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
“Əla xəbər. Dostum, Polşa Prezidenti Karol Navrotskinin qətiyyətli liderliyi sayəsində Polşada ABŞ ordusu bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib. Əgər bu baş versə, bazanın yeri tezliklə açıqlanacaq. Bu, bizim böyük ABŞ-Polşa ittifaqımız üçün tarixi addım olacaq”, – deyə paylaşımda bildirilir.
Daha əvvəl Polşa Müdafiə Nazirliyi ABŞ ilə “Patriot” hava hücumundan müdafiə sisteminin bir hissəsinin Polşaya köçürülməsi ilə bağlı müzakirələr apardığını açıqlayıb.








