Vens fevralın 9-10-da Ermənistan və Azərbaycana səfər edəcək
ABŞ-ın vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək. Növbəti gün isə o, Azərbaycana səfər edəcək.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onun Ermənistana səfərinin hazırlanması məqsədilə ABŞ-dan nümayəndə heyəti gəlib.
Nümayəndə heyəti Ermənistanda 2 həftə qalacaq.
Daha əvvəl ABŞ vitse-prezidentinin İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycan və Ermənistana səfər edəcəyi barədə məlumat verilmişdi.








