media-1200x100

Xarici İşlər Nazirliyinin təyyarə qəzası ilə bağlı AÇIQLAMASI

media-ads_728_90

Xarici İşlər Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

“TV1” məlumatı təqdim edir:

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə əlaqədar Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır.

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə, 67 nəfər olub.

İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

Qəza ilə əlaqədar ilk andan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir. Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür.

Qəza ilə bağlı qaynar xəttlər:

AZAL

(+994) 12 5048280

(+994) 12 5048202

(+994) 12 5048203

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu

+77087127016

Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi:

+7 7172 559621

+7 7292 319091

Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

media-ads_728_90
Paylaş