Xarici qonaqlar Qarabağ Universitetini ziyarət ediblər

media-ads_728_90

Səkkiz ölkədən olan səyyahlar Qarabağ Universitetinə gəliblər.

“TV1” xəbər verir ki, onlar burada tədris prosesinin təşkili və tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

Səyyahlar həmçinin universitetin yeni kampuslarının inşa edildiyi tikinti meydançalarında olublar.

Qeyd edək ki, səkkiz ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahlar iki gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırırlar.

media-ads_728_90
Paylaş