Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat paylaşıb.
Bildirilib ki, yerli vaxtla saat 08:45-də qeydə alınan zəlzələnin maqnitudası 3,7 olub.
Zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.








