Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatında bildirilir.
Qeyd olunur ki, yerli vaxtla saat 20:45-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
Zəlzələnin ocağı 29 kilometr dərinlikdə yerləşib.








