XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

media-ads_728_90

İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşları İsrail Dövlətinə səfərdən çəkinməyə çağırılıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İsrail Dövlətindəki səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyi

[email protected]

+972 54 539 77 88

media-ads_728_90
Paylaş