Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç karvanı çatıb, açarları təqdim olunub - YENİLƏNİB

media-ads_728_90

Növbəti köç karvanları Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb. Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

“TV1” xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bu mərhələdə Hadruta 10 (47 nəfər), Qırmızı Bazara isə 20 ailə (91 nəfər) köçürülüb.

11:55

Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

“TV1” xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.

media-ads_728_90
Paylaş