Xocalıda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb 

media-ads_728_90

Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib.

“TV1” xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı – 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.

“Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir”, – məlumatda vurğulanıb.

 

media-ads_728_90
Paylaş