Xocalının Təzəbinə kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olundu - YENİLƏNİB

media-ads_728_90

Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

“TV1” xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Təzəbinə kəndində sakinlərin normal yaşayış səviyyəsinin təmin olunması üçün bütün zəruri tədbirlər görülüb. Evlər müasir tələblər səviyyəsində bərpa edilib.

Qeyd edək ki, bununla da Təzəbinə kəndinə 95 ailə olmaqla 423 nəfər köçrülüb.

*****

13:02

Növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

“TV1” xəbər verir ki, Təzəbinə kəndinə bu mərhələdə yataqxana və digər inzibati binalarda yaşayan daha 12 ailə – 55 nəfər köçürülüb.

******

12:23

Növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə yola salınıb.

“TV1” xəbər verir ki, Təzəbinə kəndinə bu mərhələdə yataqxana və digər inzibati binalarda yaşayan daha 12 ailə – 55 nəfər köçürülür.

media-ads_728_90
Paylaş