Zaqatalada yanğınla bağlı taktiki təlim keçirilib

media-ads_728_90

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yanğın-taktiki təlim keçirib.

‘’TV1’’ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti yanğınla əlaqədar “həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada “hadisə yerinə” çataraq, “yanğınla” mübarizə tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş səhiyyə müəssisəsində təxliyə planına uyğun olaraq vətəndaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

media-ads_728_90
Paylaş