Zelenski Trampı Kiyevə dəvət edib
Ukrayna Prezidenti Vladimir Zelenski Donald Trampı Kiyevə səfərə dəvət edib.
“TV1” xəbər verir ki, o, bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, telefon danışığı zamanı o, Trampı ölkəsinə səfərə dəvət edib və qeyd edib ki, Tramp Ukrayna haqqında nəsə bilmək istəsə, gəlib öz gözləri ilə görə bilər.