Zəngəzur dəhlizi regionlararası əməkdaşlıq üçün yeni imkanlar yaradır - Hikmət Hacıyev
Azərbaycan və Serbiya regionlararası konnektivlikdə mühüm rol oynayır.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“Strateji tərəfdaşlar və üzə çıxmaqda olan orta güclər olan Azərbaycan və Serbiya həm də regionlararası əməkdaşlıqda da mühüm rol oynayır. Azərbaycan Cənubi Qafqazda və daha geniş Xəzər regionunda yerləşir, Serbiya isə Balkanlarda qərar tutub. Zəngəzur dəhlizi və ya TRIPP təşəbbüsü daha geniş Xəzər/Mərkəzi Asiya və Balkan regionları arasında konnektivliyi gücləndirmək üçün əlverişli fürsətlər yaradır”, – paylaşımda qeyd edilib.
Azerbaijan and Serbia, as strategic partners and emerging middle powers, play also an important role in interregional cooperation — Azerbaijan located respectively in the South Caucasus/wider Caspian region and Serbia in the Balkans.
The Zangezur Corridor/TRIPP initiative create… pic.twitter.com/tnqLiIhR2k
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 16, 2026








