1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - RƏSMİ
Növbədənkənar parlament seçkilərində 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.