1.5 milyard kubmetr qaza qənaət ediləcək - RƏSMİ
“1.5 milyard kubmetr qaza qənaət edəcəyik”.
“TV1” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
“Enerji səmərəliliyi ən ciddi, əhəmiyyətli enerji mənbəyi sayılır. 2030-cu ilədək nəzərdə tutulan 2 giqavatlıq nəticəni, düşünürük ki, 2027-2028-ci ildə əldə edək. 1.5 milyard kubmetr qaza qənaət edəcəyik. Bu, əhali üçün yaxşı xəbərdir. Bu daha ucuz qaz deməkdir”, – deyə nazir müavini deyib. /trend/