media-1200x100

ABŞ-dakı təyyarə qəzasının son GÖRÜNTÜLƏRİ

media-ads_728_90

“Bombardier CRJ700” təyyarəsi ilə “Sikorsky H-60” ​​hərbi helikopterinin toqquşmasından sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı zamanı 18 cəsəd sudan çıxarılıb.

“TV1” xəbər verir ki, bu barədə CBS News polis rəsmilərinə istinadən xəbər yayıb.

Məlumatda hələlik sağ qalan tapılmadığı deyilir.

Qeyd edək ki, təyyarənin göyərtəsində 64 nəfər (60 sərnişin və 4 ekipaj üzvü) olub. Helikopter ekipajı üç hərbçidən ibarət olub. NBC telekanalı xilasedicilərin 4 nəfəri sudan çıxardığını bildirib. Onların xəstəxanaya yerləşdirildiyi deyilir.
media-IMG_7222-jb34pe

media-ads_728_90
Paylaş