Qırğızıstan və Tacikistan tarixi razılaşmaya imza atıb
Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar.
“TV1” xəbər verir ki, Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb.
Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.
Qeyd edək ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.