Elnur Fərzəliyev: "Bakı şəhərində yeni rayon mərkəzləri salınacaq" - ÖZƏL
“Bakı şəhərində yeni yollar, inzibati binalar inşa olunacaq, yeni parklar salınacaq. Buna paralel olaraq, həmçinin paytaxtda yeni rayon mərkəzlərinin tikilməsi də nəzərdə tutulur”.
Bunu “TV1”-ə özəl açıqlamasında Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
O bildirib ki, bütün bu yeniliklər 2040-cı ilə qədər həyata keçiriləcək:
“Bakı şəhərinin Baş Planı var. Həmin planda olan bütün infrastrukturlar 2040-cı ilədək inşa olunacaq. Bura yaşayış binaları da daxil olmaqla, digər infrastrukturların da tikintisi nəzərdə tutulur”.
Mətanət Əliyeva