173A və 173B nömrəli marşrutların avtobusları yenilənir

media-ads_728_90

Pirşağı qəsəbəsi və bağlarını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 173A və 173B nömrəli müntəzəm marşrut avtobusları yenilənir.

“TV1” xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 13-dən marşrut xətləri üzrə ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən avtobuslar sərnişinlərə xidmət edəcək.

Hər bir marşrut üzrə 6 avtobus fəaliyyət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

 

media-ads_728_90
Paylaş