Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını bildirib

media-ads_728_90

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən açılması istiqamətində iş aparıldığını bildirib.

“TV1” xəbər verir ki, Paşinyan bu barədə TRT World telekanalına müsahibəsində danışıb.

“Prezident Ərdoğanla çox müsbət görüşümüz oldu, müsbət dialoq apardıq və münasibətlərimizin bundan sonra da inkişaf edəcəyini gözləyirik. Hazırda ölkələrimiz arasında dəmir yolunu təmir etməli və yenidən açmalıyıq. Bu istiqamətdə işləyirik”, – Baş nazir qeyd edib.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, iki ölkə arasında quru sərhədi 1993-cü ildən bağlıdır. Son illərdə münasibətlərin normallaşdırılması çərçivəsində xüsusi nümayəndələr səviyyəsində danışıqlar aparılır.

media-ads_728_90
Paylaş