media-1200x100

200 şirkətdə 4 günlük iş QƏRARI

media-ads_728_90

Böyük Britaniyada 200 şirkət daimi dörd günlük iş həftəsi kampaniyasına qoşulub.

“TV1” xarici mediaya istinadən xəbər verir ki, işçilərinin sayı 5 mini keçən bu şirkətlər həftənin dörd günü daimi işləmək prinsipini qəbul ediblər.

Bildirilib ki, şirkətlərdə həftəlik iş saatı gəlir itkisi olmadan 32 saat olacaq.

Sözügedən qurumlardan 30-u marketinq, reklam və ictimayyətlə əlaqələr şirkətləri, 29-u xeyriyyə və qeyri-hökumət təşkilatı, 24-ü texnologiya, internet texnologiyaları və proqram təminatı şirkəti, 22-si məsləhət və idarəetmə şirkətidir.

media-ads_728_90
Paylaş