media-1200x100

2024-cü il ən isti il ola bilər

media-ads_728_90

2024-cü ilin ən isti il ​​olacağı ehtimalı getdikcə artır.

“TV1” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

Məlumata görə, dünyanın bir çox yerlərində havanın temperaturu normadan yüksəkdir.

Bildirilib ki, keçən ay ölçülən səth havasının orta temperaturu 1991-2020-ci illər dövrü üçün iyul ayı orta göstəricisindən 0,68 dərəcə yüksək olub.

Həmçinin qeyd olunub ki, keçən ay yerüstü havanın temperaturu orta hesabla 16,91 dərəcə Selsi olmaqla, dünyada indiyə qədər qeydə alınan “ikinci ən isti iyul” idi.

Bu ilin keçən ildən daha isti olmaması üçün temperaturun ən az 0,23 dərəcə aşağı düşməsi lazım olsa da, mütəxəssislər bu ehtimalın mümkünsüz olduğuna və 2024-cü ilin ən isti il ​​olma ehtimalının artdığına diqqət çəkiblər.

media-ads_728_90
Paylaş