390-a yaxın deputatlığa namizəd qeydə alınıb
İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayı açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
“İndiyə qədər 390-a yaxın deputatlığa namizədi qeydə alınıb”, – o deyib.
MSK sədri qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edir.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.