media-1200x100-50faiz

8 Martla əlaqədar məktəb direktorlarına TAPŞIRIQ

media-ads_728_90

Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

“TV1” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Görüşdə vətəndaş məmnuniyyəti, birinci sinfə qəbul, qurumlararası əməkdaşlıq, rəqəmsal məktəb platforması üzrə fəaliyyət, PISA 2025 tədqiqatının təşkili və digər mövzularda müzakirələr aparılıb.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunub. Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tövsiyələr verib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli hər bir dövlət qurumunun fəaliyyətində olduğu kimi, təhsil sahəsində də vətəndaş müraciətlərinə baxılması və vətəndaş qəbulu ilə bağlı həyata keçirilən sistemli tədbirlərin insanları narahat edən məsələlərin aradan qaldırılmasına və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib, bu istiqamətdə əldə olunan müsbət nəticələrdən danışıb.

Agentliyin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində fəaliyyətə başlayan “Rəqəmsal məktəb” platformasının əhəmiyyəti barədə danışıb. Sektor müdiri PISA 2025 beynəlxalq şagird qiymətləndirmə tədqiqatında uğurlu nəticələrin əldə olunmasında məktəb, müəllim və şagirdlərin üzərinə düşən vəzifələrdən söz açıb, IV-VI siniflər üzrə monitorinqlərin təşkili ilə bağlı bəzi məqamları diqqətə çatdırıb.

Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul, məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib, müvafiq tapşırıqlar verilib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

media-ads_728_90
Paylaş