ABŞ bəzi konsulluqlarını bağlaya bilər - SƏBƏBİ...
ABŞ prezidenti Donald Trampın administrasiyası xərclərin azaldılması çərçivəsində dünya üzrə bir sıra konsulluqları bağlamağı düşünür.
“TV1” xəbər verir ki, bu barədə “NBC News” mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, söhbət Avropa, Kanada, Meksika və Sakit okean adalarındakı konsulluqlardan gedir.
İxtisara məruz qala biləcək Avropadakı konsulluqların əsas hissəsi isə Almaniya və Fransada yerləşir.