ABŞ-da hava limanında iki təyyarə toqquşub - Ölənlər var - VİDEO
ABŞ-nin Arizona ştatının Marana hava limanında iki kiçik təyyarənin toqquşması nəticəsində ən azı iki nəfər ölüb.
“TV1” “NBC News”a istinadən xəbər verir ki, “Cessna 172S” və “Lancair 360 MK II” tipli kiçikmühərrikli təyyarələr Marana Regional Hava Limanı yaxınlığında havada toqquşub.
Qəza nəticəsində 2 nəfər həlak olub.
Marana bələdiyyəsindən verilən açıqlamada təyyarələrdə ümumilikdə 4 nəfərin olduğu qeyd edilsə də, digər iki nəfərin sağlamlıq durumu ilə bağlı məlumat verilməyib.
Federal Aviasiya Administrasiyası həmin hava limanını “nəzarət olunmayan sahə” adlandırıb və orada hava hərəkətinə nəzarət qülləsinin olmadığını bildirib.
Xatırladaq ki, bundan öncə Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində 67 nəfər həlak olmuşdu.