ABŞ-da İlon Maska etiraz edənlər həbs edilir - FOTO
Nyu-Yorkda milyarder İlon Maska qarşı etiraz aksiyalarında iştirak edən 9 nəfər həbs edilib.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, həftə sonu Tesla binası qarşısında keçirilən aksiyada yüzlərlə insan iştirak edib.
Onlar ABŞ-ın yeni administrasiyasının təşəbbüsü ilə federal işçilərin kütləvi şəkildə ixtisar edilməsində Maskın rolunu pisləyiblər.
Milyarderə qarşı etirazlar Amerikanın digər şəhərlərində də keçirilib.