media-1200x100

ABŞ-da sərnişin təyyarəsi helikopterlə toqquşub - 19 nəfər ölüb

media-ads_728_90

Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb. Hadisə nəticəsində 19 nəfər həlak olub.

“TV1” xəbər verir ki, bu barədə “BNO News” informasiya portalı məlumat verib.

CNN“-in yaydığı məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.

“NBC News”-in məlumatında qəzaya uğrayan təyyarədə 4 nəfərin sağ qaldığı bildirilir.

Reuters“ isə helikopterdə üç hərbçinin olduğu barədə məlumat paylaşıb.

FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisi açıqlamasında baş verən hadisədə terror əlamətinin olmadığını deyib.

media-ads_728_90
Paylaş