ABŞ-ın İrana qarşı növbəti hücum dalğası - Limanlarının blokadası davam edir

media-ads_728_90

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeddinci gecə hücumları dalğasının başa çatdığını bəyan edib.

“TV1” xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, ABŞ qüvvələri qırıcı təyyarələrdən, pilotsuz uçuş aparatlarından, hərbi gəmilərdən və digər vasitələrdən istifadə edərək müşahidə obyektlərinə, hərbi logistika infrastrukturuna, yeraltı silah anbarlarına və dəniz hədəflərinə zərbələr endirib.

Bəyanatda, həmçinin CENTCOM-un İran limanlarının dəniz blokadasını davam etdirdiyi vurğulanıb.

media-ads_728_90
Paylaş