XİN rəhbəri Azərbaycanın “3+3”ün növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib

media-ads_728_90

“3+3” regional əməkdaşlıq platforması ilə bağlı Azərbaycanın mövqeyi açıqlanıb.

“TV1” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev bu təşəbbüsü ilk dəfə 2021-ci ildə irəli sürüb: “Qeyd etmək vacibdir ki, həmin dövrdə Cənubi Qafqazda vəziyyət və regional dinamika indiki ilə müqayisədə tamamilə fərqli idi.
İndiki mərhələdə vəziyyət köklü şəkildə dəyişib. İndiyədək platforma çərçivəsində müvafiq olaraq Moskva, Tehran və İstanbulda üç iclas keçirilib.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu format vacib regional əməkdaşlıq mexanizmidir. Məhz bu baxımdan, 2024-cü ildə keçirilən son görüşdən təxminən bir ay sonra Azərbaycan növbəti iclasın ölkəmizdə keçirilməsini təklif edib.

Biz hesab edirik ki, bu platforma iştirakçı dövlətlər üçün qarşılıqlı maraq doğuran bütün məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Məhz belə bir yanaşma əsasında növbəti görüşün Azərbaycanda keçirilməsinə ev sahibliyi etməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”.

media-ads_728_90
Paylaş