ABŞ Karib dənizində bir katerə zərbə endirib, 4 nəfər ölüb

media-ads_728_90

ABŞ hərbçiləri oktyabrın 4-də Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu bildirilən sürətli katerə zərbə endirib, nəticədə dörd nəfər ölüb.

“TV1” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilib ki, kəşfiyyat məlumatları katerin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini təsdiqləyib.

ABŞ mediasının məlumatına görə, 2025-ci ilin payızında başlayan hücumlardan bəri narkotik qaçaqmalçılarının istifadə etdiyi ehtimal edilən katerlərdə ABŞ hərbçilərinin zərbələri nəticəsində 230-dan çox insan ölüb.

media-ads_728_90
Paylaş