ABŞ Mərkəzi Komandanlığı: İraqda qəzaya uğrayan təyyarədəki 6 hərbçidən dördü ölüb

media-ads_728_90

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda baş verən təyyarə qəzası ilə bağlı məlumat yayıb.

“TV1” xəbər verir ki, məlumatda qəza nəticəsində hərbçilərin ölməsi təsdiqlənib.

Qeyd olunur ki, hadisə nəticəsində 6 hərbçidən dördü ölüb.

Hazırda hadisənin baş vermə səbəblərinin araşdırıldığı, xilasetmə işlərinin aparıldığı deyilir.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135” tipli yanacaq dolduran təyyarə cümə axşamı İraqın qərbində qəzaya uğrayıb.

media-ads_728_90
Paylaş