ABŞ qoşunları İraqı tamamilə tərk etdi

media-ads_728_90

ABŞ qoşunları İraqı tamamilə tərk edib.

“TV1” xəbər verir ki, bu barədə “dpa” xəbər agentliyi Bağdad rəsmilərinə istinadən məlumat yayıb.

Jurnalistlər İraq hökumətinin sözçüsünə istinadən bildiriblər ki, bütün döyüş bölmələri və logistik dəstək göstərən qüvvələr ölkəni tərk edib. Xəbərin dərc olunduğu ana qədər ABŞ tərəfindən bu məlumatla bağlı rəsmi təsdiq verilməyib.

Qeyd edək ki, ABŞ və İraq 2024-cü ildə Amerika qoşunlarının ölkədən çıxarılması barədə razılığa gəlmişdi. Vaşinqtonun məlumatına görə, son illərdə İraqda təxminən 2500 ABŞ əsgəri yerləşdirilmişdi. İraqdakı sonuncu Amerika bölmələri Ərbildə (Kürd bölgəsində), Bağdad Hava Limanı yaxınlığındakı hərbi bazada və Bağdadın hökumət rayonu olan “Yaşıl Zona”da yerləşirdi.

Amerika qoşunlarının İraqdan çıxarılması ilə əlaqədar olaraq, ölkədə “Müstəqillik Günü” kimi qeyd edilməsi planlaşdırılır.

media-ads_728_90
Paylaş